Yuxarı
    Bağlamaq

    Azərbaycan cüdoçuları 2 medal qazanıb

    Onlardan biri qızıl, biri isə gümüşdür

    Bakı. 14 noyabr. REPORT.AZ/ Avstraliyanın Vullonqonq şəhərində keçirilən cüdo üzrə Okeaniya Kubokunda Azərbaycan cüdoçuları 5 medal qazanıblar.  "Report"un məlumatına görə, sonuncu yarış günündə yığma üzvləri 1 qızıl, 1 gümüş medala sahib olublar.

    90 kq çəki dərəcəsində çıxış edən Məhəmmədəli Mehdiyev ABŞ təmsilçisi Tomas Kapra, böyük britaniyalı Corc Smit və əlcəzairli Abderrahman Benamadini üstələdikdən sonra finalda isveçrəli Siril Qrossklausu da yenərək, qızıl medala sahib çıxıb.

    100 kq-dan yuxarı çəkidəki Uşangi Kokauri ilk görüşündə və yarımfinalda avstraliyalı Liam Park və Ceyk Andrevartaya, ikinci görüşündə estoniyalı Yuhan Mettisə qalib gələrək, finala yüksəlib. Lakin o, həlledici qarşılaşmada əlcəzairli Mohammed Amin Tayebə 34 saniyəyə uduzub və gümüş medal əldə edib.

    Qeyd edək ki, ilk yarış günündə Aişə Qurbanlı (48 kq) gümüş, Oruc Vəlizadə (60 kq) və Fəqan Quluzadə (73 kq) bürünc medal qazanıb. Beləliklə, 1 qızıl, 2 gümüş, 2 bürünc medal və Xanım Hüseynovanın (63 kq) tutduğu 5-ci yer sayəsində Azərbaycan ümumi sıralamada 39 ölkə arasında 5-ci olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi