Yuxarı
    Bağlamaq

    ​Azərbaycan cüdo üzrə Kuba "Qran-Prisi"ni 3 medalla başa vurub

    Sonuncu yarış günü Elxan Məmmədov bürünc medal qazanıb

    Bakı. 25 yanvar. REPORT.AZ/ Kubanın paytaxtı Havanada cüdo üzrə "Qran-Pri" yarışına yekun vurulub.

    Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, yarışın üçüncü - sonuncu günündə Azərbaycan milli komandasının daha 4 cüdoçusu tatami üzərinə çıxıb.

    100 kq. çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov ilk qarşılaşmasında tatami sahibi Yordani Fernandes Sastreyə qalib gəlib. Daha sonra xorvat Zlatko Kumriçi mübarizədən kənarlaşdıran Məmmədov, 1/4 finalda Almaniya təmsilçisi Karl-Riçard Freyə uduzaraq təsəlliverici görüşlərə qatılıb. Cüdoçumuz bu mərhələnin ilk qarşılaşmasında alman idmançı Dimitri Petersə qalib gəlib. İkinci görüşündə isə BƏƏ cüdoçusu İvan Remarenkonu ippon fəndi ilə məğlub edən Elxan Məmmədov Kuba "Qran-Prisi"nin bürünc medalını qazanıb.

    Digər 3 cüdoçumuz – Ramin Qurbanov (90 kq), Elmar Qasımov (100) və Uşanqi Kokauri (+100) isə mükafatçılar arasında yer ala bilməyiblər.

    Beləliklə, Kuba "Qran-Prisi"ni cüdo üzrə Azərbaycan milli komandası 3 medalla başa vurub: Rüstəm Orucov (73 kq) qızıl, Orxan Səfərli (60 kq) və Elxan Məmmədov (100 kq) bürünc medal.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi