Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə dan dərəcələri üzrə imtahan baş tutacaq
Fərdi
- 03 iyul, 2025
- 17:13
İyulun 25-29-u aralığında Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə dan dərəcələri üzrə seminar və imtahan baş tutacaq.
ACF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, milli komandaların Təlim-Məşq Mərkəzində (ACF-nin inzibati binası) baş tutacaq tədbir cüdo məşqçiləri üçün açıqdır.
Namizədlər 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olmalıdırlar.
Bildirilib ki, seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir. Əsas məqsəd dan sistemi üzrə məşqçilərin bacarıqlarını qiymətləndirmək və inkişaf etdirməkdir.
Seminar həmçinin məşqçilərin motivasiyasını artıracaq, onların peşəkar bacarıqlarını daim artırmağa həvəsləndirəcək.
Son xəbərlər
12:23
Video
Nyu-Delhi aeroportunda ən azı 22 reys ləğv edilib
Digər ölkələr12:22
Peşə Təhsili üzrə Dövlət Agentliyinə yeni direktor təyin olunub
Elm və təhsil12:20
AQEM Katibliyinin 2026-cı il üçün büdcəsinə dair qərar qəbul olunub
Xarici siyasət12:19
ABŞ-nin Anti-Dopinq Agentliyi rusiyalı MMA döyüşçüsünü diskvalifikasiya edib
Fərdi12:18
Foto
"Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin 10 illiyi qeyd olunub
Elm və təhsil12:15
Bu il "Şahdağ Turizm Mərkəzi"ni 300 min turist ziyarət edib
Turizm12:14
Nazir: Kəlbəcərdə məktəb tikintisinə bütün nəzarət 25 yaşlı gənc tərəfindən aparılıb
Elm və təhsil12:13
Sabah hava yağmursuz keçəcək
Ekologiya12:12