Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Qəbələdə görüş keçiriblər

Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Qəbələdə görüş keçiriblər Tədbir zamanı yeniyetmə cüdoçularına kimanolar təqdim olunub
Fərdi
2042
10 May , 2017 17:25
Azərbaycan Cüdo Federasiyasının rəsmiləri Qəbələdə görüş keçiriblər
Judo.az

Bakı. 10 may. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının (ACF) rəsmiləri Qəbələ İdman Klubunun cüdoçuları ilə görüş keçiriblər. 

“Report”un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulanaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açılıb.

Qəbələ və Şimal-Qərb bölgəsinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə ACF-nin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qəbələ, İsmayıllı, Qax, Oğuz və diğər rayonların yeniyetmə cüdoçularına kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.

Son xəbərlər

Orphus sistemi