Azərbaycan Cüdo Federasiyasına yeni baş katib təyin edilib

Azərbaycan Cüdo Federasiyasına yeni baş katib təyin edilib Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsi tərəfindən Rəşad Rəsullu qurumun baş katibi təyin edilib
Fərdi
23 Noyabr , 2021 09:23
Azərbaycan Cüdo Federasiyasına yeni baş katib təyin edilib
Rəşad Rəsullu

Azərbaycan Cüdo Federasiyasına (ACF) yeni baş katib təyin olunub.

"Report"un məlumatına görə, ACF İcraiyyə Komitəsi bu vəzifəni Rəşad Rəsulluya həvalə edib. O, yeni vəzifədə Elmar Babanlını əvəzləyib.

Qeyd edək ki, Rəşad Rəsullu Azərbaycan Dövlət İqtisad Universitetində "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavr və magistr təhsili alıb. Əmək fəaliyyətinə Mərkəzi Bankda başlayan R.Rəsullu karyerası dövründə ölkə daxilində və xaricində müxtəlif qurumlarda aparıcı və rəhbər vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir.

Son xəbərlər

Orphus sistemi