Azərbaycan Cüdo Federasiyası 56 klub və təşkilata lisenziya verib

Azərbaycan Cüdo Federasiyası 56 klub və təşkilata lisenziya verib Bu gün baş tutan iclasda quruma ünvanlanan 70-dən çox müraciət baxılıb
Fərdi
14 Aprel , 2017 16:28
Azərbaycan Cüdo Federasiyası 56 klub və təşkilata lisenziya verib

Bakı. 14 Aprel. REPORT.AZ/ Azərbaycanda klublar və idman təşkilatlarının nəzdində olan cüdo bölmələrinin qeydə alınması, eləcə də onlara lisenziyaların verilməsinə dair iclas keçirilib.

Azərbaycan Cüdo Federasiyasından “Report”a verilən məlumata görə, bu gün baş tutan mərasimdə quruma ünvanlanan 70-dən çox müraciət baxılıb və onlardan 56-na, standartlara cavab verdiyi üçün lisenziya təqdim olunub.

Klub və təşkilat nümayəndələrinin iştirakı ilə gerçəkləşən tədbirdə gələcəkdə standartlara cavab verən qurumlara lisenziyaların verilməsinin davam etdiriləcəyi vurğulanıb.

Qeyd edək ki, lisenziya klub və təşkilatlara 5 il müddətinə təqdim olunur. Bu da onlara həmin vaxt ərzində Azərbaycan Cüdo Federasiyasının bayrağı altında keçirilən bütün yarışlarda iştirak etmək hüququ verir.

Son xəbərlər

Orphus sistemi