Yuxarı

Azərbaycan çaparı İspaniyada uğurla çıxış edir

Camal Rəhimov 13 mərhələli turnirin ilk hissəsini uğurla başa vurub edib

Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycan çaparı Camal Rəhimov İspaniyanın Valensiya şəhərində keçirilən 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda mübarizəyə başlayıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 28 yaşlı idmançı 13 mərhələdən ibarət 2 ulduzlu reytinq turnirinin ilk mərhələsini uğurla başa vurub edib.

Bununla da Rəhimov maksimal 50 xalı toplayıb. O, daha 12 mərhələni keçməklə, xallarının sayını artıraraq, olimpiadaya lisenziya qazanmağa çalışacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi