Azərbaycan boksçusu tarixdə ilk dəfə olimpiadanın finalına yüksəlib

Azərbaycan boksçusu tarixdə ilk dəfə olimpiadanın finalına yüksəlib Sotomayor erməni rəqibini məğlub edərək ən azı gümüş medalı təmin edib
Fərdi
269
19 Avqust , 2016 22:00
Azərbaycan boksçusu tarixdə ilk dəfə olimpiadanın finalına yüksəlib

Bakı. 19 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Lorenso Sotomayor yarımfinal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 64 kq. çəki dərəcəsində çıxış edən kubalı legionerin rəqibi Almaniya ermənisi Artyom Harutyunyan olub.

Görüşü üstün səviyyədə keçirən Sotomayor hər 3 raunddan qalib ayrılıb.

Bununla da Azərbaycan təmsilçisi finala yüksələrək, ölkəmizin boks tarixində ilkə imza atıb. O, ən azı gümüş medalı təmin edən ilk boksçumuz olub. Sotomayor həm də hələ ötən mərhələdə yarımfinala yüksəlməklə, 11-ci medalı təmin edib.

Avqustun 21-də saat 22:00-da başlanacaq final görüşündə Azərbaycan boksçusunun rəqibi Fazliddin Qaibnazarov (Özbəkistan) olacaq.

Son xəbərlər

Orphus sistemi