Azərbaycan boksçusu olimpiadaya lisenziya qazandı

Azərbaycan boksçusu olimpiadaya lisenziya qazandı Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına ilk lisenziyasını qazanıb.
Fərdi
17 Mart , 2020 00:13
Azərbaycan boksçusu olimpiadaya lisenziya qazandı

Boks üzrə Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına ilk lisenziyasını qazanıb.

"Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəsiqəyə Tayfur Əliyev yiyələnib.

Bakı-2015 I Avropa Oyunlarının mükafatçısı Böyük Britaniyanın paytaxtı Londonda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində 1/4 finala yüksəlməklə Tokio-2020-də iştirak hüququna sahib olub. 57 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı boksçu 1/8 finalda Edqaras Skurdelisdən (Litva) üstün olub. Rəqibi ilk hissədə zədələndiyindən, döyüşü davam etdirə bilməyib və Əliyev qalib elan olunub.

Yarış gecə seansından sonra dayandırılacağından 1/4 final qarşılaşması turnir bərpa olunduqdan sonra baş tutacaq.

Qeyd edək ki, Tayfur Əliyev Tokio olimpiadasına Azərbaycanın 15-ci lisenziyasının sahibi olub. 

Son xəbərlər

Orphus sistemi