Azərbaycan boksçusu: "Olimpiadadan medalsız qayıtmayacağıq"

Azərbaycan boksçusu: "Olimpiadadan medalsız qayıtmayacağıq" "İlk döyüş həmişə ağır olur. Çünki əlcəyə, rinqə və ab-havaya öyrəşməmişik. Amma sevinirəm ki, qalib gəldim".
Fərdi
1790
24 İyul , 2021 16:36
Azərbaycan boksçusu: Olimpiadadan medalsız qayıtmayacağıq

"İlk döyüş həmişə ağır olur. Çünki əlcəyə, rinqə və ab-havaya öyrəşməmişik. Amma sevinirəm ki, qalib gəldim".

"Report"un məlumatına görə, bunu Azərbaycan boksçusu Məhəmməd Abdullayev Tokio-2020 Yay Olimpiya Oyunlarındakı 1/16 final görüşündə bruneyli Denis Latıpov üzərində qazandığı 3:1 hesablı qələbəni şərh edərkən deyib. Abdullayev bildirib ki, özündən əvvəlki döyüşlərdə Azərbaycanın iki təmsilçisi Tayfur Əliyev (57 kq) və Lorenso Sotomayorun (69 kq) məğlubiyyətləri ona yaxşı təsir etməyib: "İstərdim ki, onlar da qalib gəlsinlər, medal qazansınlar. Bu baxımdan, bir qədər pis oldum. Qalan hər şey normaldır".

Latıpovu şəxsən tanımasına rəğmən onunla ilk dəfə görüşdüyünü deyən 22 yaşlı idmançı "İlk raund həmişə çətin keçir, sonradan açılışırıq. Hələ yaxşı adaptasiya keçməmişik" söyləyib. O, 1/8 finalda qarşılaşacağı Baxodir Jalolov barədə də danışıb: "Jalolov dünya çempionudur. Əsas rəqibim o idi, mənə 1/8 finalda qismət oldu. İyulun 29-da üz-üzə gələcəyik. İnşallah, xeyirlisi".

Abdullayev medal şanslarına da toxunub: "Buradək uzun yol gəlmişik və məşqlərdə böyük əziyyətlər çəkmişik. İnanıram ki, buradan medalsız qayıtmayacağıq".

Son xəbərlər

Orphus sistemi