Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb

Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində üçüncü döyüşünə çıxıb.
Fərdi
29 May , 2024 18:49
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb

Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində üçüncü döyüşünə çıxıb.

Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, 63,5 kq çəkidə mübarizə aparan yığma üzvü 1/8 final çərçivəsində Şion Nişiyama (Yaponiya) ilə üz-üzə gəlib.

Görüş boksçumuzun inamlı qələbəsi ilə yekunlaşıb. Hər 3 raundu xeyrinə bitirən Həsənov yekunda 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanıb və 1/4 finala yüksəlib. Malik bu qələbə ilə İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində Tayfur Əliyevi məğlub edən yapondan revanş da alıb.

Boksçumuz növbəti görüşdə də qalib gələcəyi halda Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. O, mayın 31-də 1/4 finalda Xose Manuel Viafaranı (Kolumbiya) sınağa çəkəcək.

Qeyd edək ki, hələlik boks millimizin hesabında 3 lisenziya var.

Son xəbərlər

Orphus sistemi