Azərbaycan boksçusu II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb

Azərbaycan boksçusu II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb Tailandın paytaxtı Banqkokda davam edən boks üzrə II Dünya Olimpiya Təsnifat Turnirində Azərbaycan millisinin boksçusu Alfonso Dominqes ilk görüşünə çıxıb.
Fərdi
27 may 2024 14:41
Azərbaycan boksçusu II Dünya Olimpiya Təsnifat Turnirinə qələbə ilə başlayıb

Tailandın paytaxtı Banqkokda davam edən boks üzrə II Dünya Olimpiya Təsnifat Turnirində Azərbaycan millisinin boksçusu Alfonso Dominqes ilk görüşünə çıxıb.

Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, yarışın dördüncü günündə 92 kq-da mübarizə aparan dünya çempionumuz 1/32 finalda qanalı Conatan Tette ilə qarşılaşıb.

Görüş Dominqesin 5:0 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.

O, növbəti döyüşündə ilk mərhələdən azad olan Marko Çaçiklə (Xorvatiya) üz-üzə gələcək. Qarşılaşma mayın 30-da baş tutacaq.

Son xəbərlər

Orphus sistemi