Azərbaycan boksçusu dünya çempionatının yarımfinalında məğlub olub

Azərbaycan boksçusu dünya çempionatının yarımfinalında məğlub olub Abdulqadir Abdullayev çempionatı bürünc medalla başa vurub
Fərdi
12 Oktyabr , 2015 00:03
Azərbaycan boksçusu dünya çempionatının yarımfinalında məğlub olub

Bakı. 12 oktyabr. REPORT.AZ/ Qətərin paytaxtı Dohada keçirilən boks üzrə dünya çempionatında yarımfinal mərhələsinə start verilib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən Abdulqadir Abdullayev kubalı Erislandi Savonla qarşılaşıb.

Görüş hər 3 raundda üstün olan Savonun qələbəsi ilə yekunlaşıb - 3:0. Bununla da Abdullayev dünya çempionatını bürünc medalla başa vurub.

Oktyabrın 12-də daha 3 boksçumuz yarımfinal döyüşlərini keçirəcək. Elvin Məmişzadə (52 kq) əlcəzairli Məhəmməd Flissi, Albert Səlimov (60 kq) braziliyalı Robson Donato Konseysao, Pərviz Bağırov (69 kq) isə qazaxıstanlı Daniyar Yeleussinovla qarşılaşacaq.

Digər boksçularımızdan Rüfət Hüseynov (49 kq), Tayfur Əliyev (56 kq) və Lorenso Sotomayor (64 kq) 1/4 finalda, Teymur Məmmədov isə 1/8 finalda mübarizəni dayandırıb.

Qeyd edək ki, 4 boksçumuzun dünya çempionatında medalı təmin etməsi tarixi nailiyyətdir. İndiyədək ən yaxşı halda yarımfinaladək 3 boksçumuz irəliləyə bilib. 2013-cü ildə Qazaxıstanın paytaxtı Almatıda keçirilmiş dünya çempionatında Cavid Çələbiyevlə (56 kq) Məhəmmədrəsul Məcidov (+91 kq) qızıl, Teymur Məmmədov (91 kq) bürünc medal əldə edib. Hazırkı mundialda Çələbiyevi Tayfur Əliyev əvəzləyib, Məcidov zədə üzündən iştirak etmir, Məmmədov isə imkanlarından xeyli aşağı çıxış edib.

Son xəbərlər

Orphus sistemi