Yuxarı

Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Rüfət Hüseynov isə axşam proqramında mərakeşli İmad Ahyounla qarşılaşacaq

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bu gün Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatına start verilib. "Report"un məlumatına görə, Azərbaycan boksçularından ilk olaraq 64 kq çəki dərəcəsində mübarizə aparan Lorenso Sotomayor rinqə çıxıb. 

Kubalı legioner kanadalı Artur Biyarslanovu məğlub edərək 1/8 final mərhələsinə vəsiqə qazanıb. Onun növbəti rəqibi əlcazairli Abdelkader Çader olacaq. 

Dünya çempionatının debütantı, 49 kq çəkidə mübarizə aparan Rüfət Hüseynov isə axşam proqramında mərakeşli İmad Ahyounla qarşılaşacaq. 

Qeyd edək ki, dünya çempionatında Azərbaycanı təmsil edən digər boksçular - Elvin Məmişzadə, Tayfur Əliyev, Albert Səlimov, Pərviz Bağırov, Teymur Məmmədov və Abdulqadir Abdullayevdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi