Azərbaycan boksçusu Avropa çempionatında ilk medalı təmin edib
Fərdi
- 19 mart, 2022
- 13:54
Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında 1/4 final görüşlərinə start verilib.
"Report"un məlumatına görə, bu mərhələdə mübarizə aparan Azərbaycan millisinin boksçularından ilk olaraq rinqə Nicat Hüseynov (51 kq) çıxıb.
O, yarımfinala gedən yolda Antonio Payva (İrlandiya) ilə üz-üzə gəlib. Rəqibindən üstün döyüş nümayiş etdirən Hüseynov 5:0 (30:27, 30:26, 29:28, 30:27, 29:28) hesablı qələbəyə sevinib. Bu qələbə sayəsində gənc boksçu yarımfinala adlamaqla yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib.
Hüseynov növbəti qarşılaşmasında türkiyəli Mehmethan Çinarla döyüşəcək. Bu görüş martın 20-də olacaq.
Qeyd edək ki, bu gün Azərbaycanın daha 4 boksçusu 1/4 final görüşünə çıxacaq.
Son xəbərlər
21:13
İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
Region21:08
Hakan Fidan ilə BMT Baş katibi bölgədəki vəziyyəti müzakirə ediblər
Region21:01
Foto
Video
"FIFA Series – 2026": Azərbaycan - Syerra Leone oyununda penaltilər seriyası olacaq - YENİLƏNİB-5
Futbol20:50
Kobaxidze və Rubio Cənubi Qafqazda tərəfdaşlığı müzakirə ediblər
Region20:42
Foto
Azərbaycan BMT Baş Assambleyasının yüksəksəviyyəli tədbirində təmsil olunub
Ekologiya20:33
İran "Dəmir Qübbə" hazırlanan mərkəzlərə PUA hücumu edib
Region20:16
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 1 247-yə çatıb
Digər ölkələr20:11
Azərbaycan Nyu-York Milli BMT Modeli Konfransında təmsil olunub
Elm və təhsil20:03