Azərbaycan boksçusu “Adriatik incisi” beynəlxalq turnirinin qalibi olub
Fərdi
- 11 mart, 2024
- 08:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan boksçusu Zidan Hümbətov Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında ənənəvi Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinin qalibi olub.
“Report”un məlumatına görə, 51 kq çəkidə mübarizə aparan boksçu finalda rusiyalı Arseni Jiltsovu 3:2 (29:28, 30:27, 28:29, 28:29, 29:28) hesabı ilə məğlub edərək qızıl medala yiyələnib.
Millimizin heyətində Bilalhəbəşi Nəzərov (48 kq) finalda Tamta Briyeşlə (Hindistan) üz-üzə gəlib. Rəqibinə 2:3 (28:29, 27:30, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub olan yığma üzvü gümüş mükafatla kifayətlənib.
Qeyd edək ki, yarışda 22 ölkədən 245 boksçu çıxış edib.
Son xəbərlər
10:33
İlham Əliyev: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
Daxili siyasət
10:32
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
Fərdi
10:30
Samvel Karapetyan bir ay müddətinə istintaq təcridxanasına göndəriləcək
Region
10:30
Tahir Rzayev: "Su bioresurslarının qorunub saxlanılmasına diqqət artırılmalıdır"
ASK
10:28
Nazir: "Balıqçılıq və akvakultura ərzaq təhlükəsizliyinə böyük töhfə verir"
ASK
10:25
Foto
Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib
Sosial müdafiə
10:24
İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb - Yenilənib
Xarici siyasət
10:19
Azərbaycanın akvakultura sahəsində əsas hədəfi açıqlanıb
ASK
10:09
Foto
Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib
İKT