Azərbaycan boksçuları Naxçıvanda keçirilən "Heydər Əliyev Kuboku"nda 19 medal qazanıblar

Azərbaycan boksçuları Naxçıvanda keçirilən "Heydər Əliyev Kuboku"nda 19 medal qazanıblar İkinci yeri Qazaxıstan tutub
Fərdi
14 İyun , 2017 17:44
Azərbaycan boksçuları Naxçıvanda keçirilən Heydər Əliyev Kubokunda 19 medal qazanıblar

Bakı. 14 iyun. REPORT.AZ/ Naxçıvanda yeniyetmə oğlan boksçular arasında keçirilən “Heydər Əliyev Kuboku-2017” beynəlxalq turniri başa çatıb. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 4 gün davam etmiş yarışda bu gün baş tutan final görüşlərindən sonra bütün mükafatçıların adına aydınlıq gəlib.

Turnirə 2 komanda ilə qatılan Azərbaycan yığması 4 qızıl, 5 gümüş və 10 bürünc medal qazanıb. Komanda hesabında ikinci yeri 4 qızıl və 5 bürünc medalla Qazaxıstan tutub.

İran yığmasının mükafat qazanmadığı turnirdə Özbəkistan (3 qızıl, 1 gümüş, 2 bürünc), Gürcüstan (1-4-1) və Ukrayna (0-1-5) 6, Qırğızıstan 4 (1-0-3), Macarıstanla (0-1-0) Rusiya hərəyə 1 (0-1-0) medala sahib olub. 

Son xəbərlər

Orphus sistemi