Azərbaycan boksçuları Belarusda beş medal qazanıblar

Azərbaycan boksçuları Belarusda beş medal qazanıblar Medallardan 1-nin əyarı gümüş, digərləri bürüncdür
Fərdi
7 Avqust , 2017 10:17
Azərbaycan boksçuları Belarusda beş medal qazanıblar

Bakı. 7 avqust. REPORT.AZ/ Azərbaycan boksçuları Belarusun paytaxtı Minskdə Sovet İttifaqı qəhrəmanı Viktor Liventsevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə 5 medal qazanıblar.

“Report”un məlumatına görə, 15 ölkədən 100-dən çox kişi və qadın boksçunun qüvvəsini sınadığı yarışda Pərviz Bağırov (69 kq) gümüş, Umud Rüstəmov (56 kq), Anaxanım Ağayeva (51 kq), Məhsəti Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (75 kq) isə bürünc medala yiyələniblər.

Qeyd edək ki, Fuad Aslanov turnirdə Azərbaycanı hakim kimi təmsil edib. 

Son xəbərlər

Orphus sistemi