Gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb

Gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb 81 kq, 89 kq, 96 kq, 102 kq və 109 kq çəki dərəcələrində qaliblər bəlli olub
Fərdi
2 Oktyabr , 2022 16:39
Gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb

20 və 23 yaşlı gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb.

"Report"un məlumatına görə, Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən turnirdə son olaraq 81 kq, 89 kq, 96 kq, 102 kq və 109 kq çəki dərəcələrində qaliblər bəlli olub.

81 kq-da yaşı 20-yədək olan idmançılar arasında toplam 271 kq (118+153) nəticə göstərən Nurlan Rəsulov qızıl medal qazanıb. 89 kq-da Həsən Babayev 232 kq-ın (104+128) öhdəsindən gələrək fəxri kürsünün ən yüksək pilləsində qalxıb.

23 yaşadək ağırlıqqaldıranların mübarizəsində 81 kq-da İsmayıl Baxışov (115+147), 89 kq-da Sənan Mirzəyev (120+150) qızıl medala sahib çıxıb.

20 yaşadək idmançıların yarışında 96 kq-da Canəli Əsədov (117+131), 109 kq-da Fuad Hümbətli (110+140) bütün rəqiblərini qabaqlayıb. Nəhayət, yaşı 23-ə qədər olan atletlərdən 102 kq-dakı Əliş Nəzərov (112+137) qızıl medala yiyələnib.

Son xəbərlər

Orphus sistemi