Azərbaycan bilyardçısı: "Gürcüstandakı yarış mənə yeni təcrübə qazandırdı"

Azərbaycan bilyardçısı: "Gürcüstandakı yarış mənə yeni təcrübə qazandırdı" "Gərgin və maraqlı keçən yarış mənim üçün yeni bir təcrübə qazandırdı".
Fərdi
1 Oktyabr , 2024 16:26
Azərbaycan bilyardçısı: Gürcüstandakı yarış mənə yeni təcrübə qazandırdı

"Gərgin və maraqlı keçən yarış mənə yeni təcrübə qazandırdı".

Bunu "Report"a açıqlamasında Gürcüstanda təşkil olunan "AJARA CUP 2024" turnirində bürünc medal qazan Azərbaycan bilyardçısı Orxan Qubatov deyib.

O, sözügedən yarışda mükafatçılar sırasına düşməyindən danışıb:

"Maraqlı turnir idi. Yarış Şərqi Avropa Bilyard Şurasının təşkilatçılığı ilə keçirildi. Yarımfinala qədər çox yaxşı mübarizə apardım. Təəssüf ki, qazancım bürünc medal oldu. Gərgin və maraqlı keçən yarış mənə yeni bir təcrübə qazandırdı. Ümid edirəm ki, gələcəkdə daha çox idmançımız belə turnirlərdə iştirak edib uğurlu nəticələr göstərə biləcəklər".

O.Qubatov qarşıda onları 2025-ci ildə keçiriləcək Avropa çempionatı gözlədiyini bildirib:

"Qarşıda məni və komanda yoldaşlarımı Avropa çempionatı gözləyir. Birlikdə intensiv məşqlər edirik. İstəyirik ki, qitə turnirində ölkəmizi layiqincə təmsil edək. Məni və komanda yoldaşlarımı dəstəkləyən hamıya təşəkkür edirəm".

Qeyd edək ki, Orxan Qubatovun üçüncü yeri tutduğu "AJARA CUP 2024" turnirində 10 ölkədən 54 iştirakçı mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi