Avropa Oyunları: Azərbaycanın qadın badmintonçuları məğlub olub - YENİLƏNİB - 3
- 26 iyun, 2023
- 14:37
Azərbaycan badmintonçuları Era Məftuha və Keyşa Fatimə Zəhra Polşada təşkil olunan III Avropa Oyunlarında qadınların qoşa kateqoriyasında ilk görüşlərini keçiriblər.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançılar D qrupunda Beatriz Korallez - Klara Azurmendi (İspaniya) tandemi ilə üz-üzə gəliblər.
Qarşılaşma rəqibin 2:0 (21:5, 21:17) hesablı qələbəsi ilə yekunlaşıb.
17:26
Azərbaycan badmintonçuları Edi Reski Dviçayo və Ezmi Qovimuradmadhoni Polşada təşkil olunan III Avropa Oyunlarında kişilərin qoşa kateqoriyasında ilk görüşünü keçirib.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançılar B qrupunda Böyük Britaniya təmsilçiləri Ben Leyn-Şon Vendi tandemi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 2:0 (21:8,21:10) hesablı qələbəsi ilə bitib.
14:55
Azərbaycanın daha bir badmintonçusu Polşada təşkil olunan III Avropa Oyunlarında qələbə qazanıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Keyşa Fatimə Zəhra D qrupunda litvalı Samanta Qolubikaite ilə üz-üzə gəlib.
Azərbaycan təmsilçisi rəqibini 2:0 hesabı ilə üstələyib.
14:13
Azərbaycan badmintonçusu Eddi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında mübarizəyə başlayıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı fərdi mübarizədə G qrupunda ilk görüşünü ispaniyalı Luis Enrike Penalveə qarşı keçirib.
Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1
Qeyd edək ki, III Avropa Oyunları iyulun 2-də başa çatacaq.