Azərbaycanın daha bir badmintonçusu Bakıdakı turnirdə 1/4 finala yüksəlib - YENİLƏNİB

Fərdi
  • 10 fevral, 2024
  • 08:41
Azərbaycanın daha bir badmintonçusu Bakıdakı turnirdə 1/4 finala yüksəlib - YENİLƏNİB

Azərbaycanın daha bir badmintonçusu Keişa Fatimə Zəhra Bakıda keçirilən "Azerbaijan International 2024" turnirində 1/4 finala yüksəlib.

"Report" xəbər verir ki, idmançı 1/8 finalda hindistanlı Ora Şarmaya 2:0 (21:14, 21:16) hesabı ilə qalib gəlib.

Beləliklə, o, 2200 reytinq xalı da əldə edib.

Badmintonçu yarımfinala yüksəlmək uğrunda görüşdə Hindistanın digər təmsilçisi Anupama Upadhyaya ilə üz-üzə gələcək.

11:28

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Bakıda keçirilən "Azerbaijan International 2024" turnirində 1/4 finala yüksəlib.

"Report"un məlumatına görə, idmançı 1/8 finalda hindistanlı Govind Krişnaya 2:0 (21:19, 21:18) hesabı ilə qalib gəlib.

Beləliklə, batmintonçu 2200 reytinq xalı qazanıb.

O, yarımfinala yüksəlmək uğrunda digər Hindistan təmsilçisi Ayuş Şetti ilə qarşılaşacaq.