Azərbaycan cüdoçuları Avropa Olimpiya Festivalında daha bir medal qazanıblar

Azərbaycan cüdoçuları Avropa Olimpiya Festivalında daha bir medal qazanıblar Adil Kərimli bürünc medal əldə edib
Fərdi
29 İyul , 2017 01:40
Azərbaycan cüdoçuları Avropa Olimpiya Festivalında daha bir medal qazanıblar
Foto: Judo.az

Bakı. 29 iyul. REPORT.AZ/ Macarıstanda yeniyetmələrin Avropa Olimpiya festivalında cüdo üzrə fərdi yarışlara yekun vurulub.

"Report" xəbər verir ki, bu mötəbər yarışda mübarizə aparan yeniyetmələrdən ibarət Azərbaycan milli komandası aktivinə daha bir medal yazdırıb.

Oğlanların mübarizəsində 90 kq çəki dərəcəsində yarışan Adil Kərimli Avropa Olimpiya festivalının bürünc medalını qazanıb.

Yarışların ilk günü cüdoçumuz Vüsalə Kərimova gümüş medala sahib olub.

Son xəbərlər

Orphus sistemi