Azərbaycan AVRO-2020 ilə bağlı UEFA-ya zəmanət verdi

Azərbaycan AVRO-2020 ilə bağlı UEFA-ya zəmanət verdi AVRO-2020-nin ev sahiblərindən Bakı turnirin oyunlarını qəbul etməyə hazırdır.
Fərdi
21 May , 2020 16:58
Azərbaycan AVRO-2020 ilə bağlı UEFA-ya zəmanət verdi

AVRO-2020-nin ev sahiblərindən Bakı turnirin oyunlarını qəbul etməyə hazırdır.

"Report"un məlumatına görə, bu barədə federasiyanın Mətbuat xidmətindən "Ria Novosti"yə bildirilib.

Qeyd olunub ki, Avropa çempionatının 4 matçını keçirmək üçün bütün təminatlar hökumət tərəfindən verilib.

Qeyd edək ki, Avropa çempionatı 12 şəhərdə - Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçirilməlidir. İngiltərə paytaxtındakı "Uembli" stadionunda 7 oyunun, o cümlədən yarımfinal və final qarşılaşmalarının təşkili nəzərdə tutulub. Azərbaycan tərəfi AVRO-2020-nin təşkil edəcəyinə dair UEFA-ya dövlət təminatı verib.

Son xəbərlər

Orphus sistemi