Azərbaycan avarçəkənləri Qazaxıstanda 8 dəst medal qazanıblar

Azərbaycan avarçəkənləri Qazaxıstanda 8 dəst medal qazanıblar Azərbaycanın gənc avarçəkənləri Qazaxıstan açıq birinciliyində 8 dəst medal qazanıblar.
Fərdi
2 İyun , 2023 19:21
Azərbaycan avarçəkənləri Qazaxıstanda 8 dəst medal qazanıblar

Azərbaycanın gənc avarçəkənləri Qazaxıstan açıq birinciliyində 8 dəst medal qazanıblar.

Federasiyadan "Report"a verilən məlumata görə, milli komanda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən kayak və kanoe növləri üzrə beynəlxalq turnirdə 5 nəfərlik heyətlə təmsil olunub.

200 metr məsafəyə bir nəfərlik kayak qayığında Amil Ramazanov birinci yerə layiq görülüb. O, eyni məsafədə iki nəfərlik kayak qayığında Qazaxıstan təmsilçisi ilə birgə yürüşdə də finişə birinci çatıb.

500 metr məsafəyə bir nəfərlik kayak qayığında Əlimurad Hacızadə bütün rəqiblərini geridə qoyub. Eyni növdə 200 metr məsafəyə yürüşdə isə 2-ci olub.

2 nəfərlik kayak qayığında Əlimurad Hacızadə - Vacib Babayev cütlüyü 500 metr məsafəyə yürüşlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Duet 200 metr məsafədə gümüş medallara sahib olub. Riyad İsmayılzadə ilə Rəşad Dadaşov 2 nəfərlik kayakda 500 və 200 metr məsafəyə yarışlarda ikinci yerə layiq görülüblər.

Qeyd edək ki, turnirdə 100-ə yaxın idmançının mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi