Azərbaycan avarçəkəni dünya çempionatının finalına yüksəlib
Fərdi
- 08 oktyabr, 2022
- 11:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan avarçəkəni Diana Dimçenko Uelsin Pembrukşir şəhərində keçirilən sahil avarçəkməsi üzrə dünya çempionatında finala yüksəlib.
Federasiyadan "Report"a verilən məlumata görə, bu növ üzrə 2018 və 2019-cu illərin dünya çempionu, 2021-ci il mundialının gümüş mükafatçısı ilkin mərhələni uğurla başa vurub.
İrlandiyalı ikiqat dünya çempionu Cessika Berra və Avropa çempionatının mükafatçısı, isveçli Maria Berqin də olduğu 17 nəfərlik qrupda mübarizəyə başlayan Dimçenko təsnifat yürüşünü 25 dəqiqə 52 saniyəyə başa vurmaqla ən yaxın izləyicisini 35 saniyə qabaqlayıb və birinci nəticə göstərməklə A finalına vəsiqə qazanıb.
Həlledici yürüş oktyabrın 9-da olacaq.
Son xəbərlər
18:30
Bolqarıstan 2027-ci ilin yazında nəqliyyat bağlantısı üzrə sammit keçirməyi təklif edir
İnfrastruktur
18:21
Azərbaycan Gürcüstandan yerli istehsal mallarının idxalını 5 %-dən çox artırıb
Biznes
18:21
Baş Prokurorluq: Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib
Daxili siyasət
18:15
Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
Region
18:01
Foto
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Xarici siyasət
17:59
Lavrov: Pezeşkianın bu ayın sonu Moskvaya səfəri gözlənilir
Region
17:58
Foto
Azərbaycana gətirilmiş ukraynalı uşaqlar müxtəlif ekskursiyalara cəlb edilib
Xarici siyasət
17:56
Foto
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Hərbi
17:56
Məcnun Məmmədov İmişlidə vətəndaşları qəbul edəcək
ASK