Azərbaycan atletləri üçün müraciətin müddəti uzadıldı

Azərbaycan atletləri üçün müraciətin müddəti uzadıldı Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası koronavirus pandemiyasının yaratdığı fəsadlarla əlaqədar təxirə salınmış Tokio Yay Olimpiya Oyunları üçün təsnifat sistemini təqdim edib.
Fərdi
153
4 İyun , 2020 10:30
Azərbaycan atletləri üçün müraciətin müddəti uzadıldı

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası koronavirus pandemiyasının yaratdığı fəsadlarla əlaqədar təxirə salınmış Tokio Yay Olimpiya Oyunları üçün təsnifat sistemini təqdim edib. 

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, əsas prinsiplər dəyişməz qalır - idmançıların seçimi müvafiq yarışlar vasitəsilə baş verəcək. 

Milli Olimpiya komitələri 2021-ci il mayın 21-dək marafon və 50 km məsafəyə qaçış yarışlarında iştirak üçün ərizə verməlidirlər. Digər yarışların iştirakçıları üçün son tarix iyunun 21-dir. 

İyulun 1-də Tokio olimpiasına vəsiqə qazanan atletlərin siyahısı və dünya reytinqi dərc olunacaq. 2 - 5 iyulda Milli Olimpiya komitələri olimpiadaya qatılacaq idmançılar üçün müraciət etməlidirlər. 

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci il 23 iyul - 8 avqust, Paralimpiya Oyunlarının isə 24 avqust - 5 sentyabrda keçirilməsi qərara alınıb. 

Son xəbərlər

Orphus sistemi