Yuxarı

​Azərbaycan atleti Oleq Stepko Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

O, dünya çempionatında bürünc medala sahib olub

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycanın idman gimnastı Oleq Stepko 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

"Report"un məlumatına görə, 21 yaşlı idmançı bu nailiyyətə Şotlandiyanın paytaxtı Qlazqoda keçirilən dünya çempionatında imza atıb.

Stepko paralel qollarla final hərəkətlərində 15,966 xalla bürünc medala sahib olub. Çinli Hao Yu 16,216 xalla qızıl, ukraynalı Oleq Vernyayev 16,066 xalla gümüş medala yiyələnib. Əsasnaməyə görə, hər 3 mükafatçı Rio-2016-da iştirak hüququ qazanıb.

Qeyd edək ki, Oleq Stepko "Bakı 2015" I Avropa Oyunlarında 1 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi