Azərbaycan atleti Çexiyada lisenziya xarakterli yarışda gümüş medal qazanıb

Fərdi
  • 21 yanvar, 2024
  • 05:21
Azərbaycan atleti Çexiyada lisenziya xarakterli yarışda gümüş medal qazanıb

Azərbaycan atleti Nazim Babayev Çexiyanın Yablonets nad Nisou şəhərində keçirilən Dünya Atletikasının bürünc səviyyəli turnirində gümüş medal qazanıb.

"Report"un məlumatına görə, milli komandanın üzvü Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda uzunluğa tullanma növündə 7.51 metr nəticə göstərib.

O, yalnız yerli atlet Radek Yuşkadan geri qalıb.