Azərbaycan atleti Avropa çempionatında finala vəsiqə qazanıb

Azərbaycan atleti Avropa çempionatında finala vəsiqə qazanıb Azərbaycan atleti Anna Skidan Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
Fərdi
16 Avqust , 2022 15:01
Azərbaycan atleti Avropa çempionatında finala vəsiqə qazanıb

Azərbaycan atleti Anna Skidan Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, çəkicatma növündə çıxış edən 30 yaşlı idmançı təsnifat mərhələsində 74,57 metr nəticə göstərib.

Bu, Skidanın mövsümdəki ən yaxşı göstəricisi olub. Final avqustun 17-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, Anna Skidan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın ilk qızıl medalını qazanıb.

Son xəbərlər

Orphus sistemi