Bakı. 26 sentyabr.
Fərdi proqramda Vladimir Dolmatov 20.950 xalla 7-ci pillədə qərarlaşıb. “Trio”da Elçin Məmmədov və Emil Quliyev Dolmatovla bərabər 20,350 xalla 8-ci olublar.
Yığmanın ən maraqlı və həyəcanlı çıxışlarından biri də Nərminə Hüseynova, Elçin Məmmədov, Ruslan Eyvazov, Nigar Həsənova, Aliyə Paşayeva, Zeynəb Hümmətova, Akif Kərimli və Nigar İbrahimbəylinin “Aero Dance” proqramında icra etdikləri kompozisiya olub. Gimnastlar milli musiqinin ritmləri üzərində qurulan elementləri peşəkarcasına yerinə yetirərək, yekun mərhələdə 5-ci olublar.