Azərbaycan akrobatları Avropa çempionatı ilə bağlı təəssüratlarını bölüşüblər

Azərbaycan akrobatları Avropa çempionatı ilə bağlı təəssüratlarını bölüşüblər "Yarışa çox ciddi hazırlaşmışdıq. Fikirləşdiyimiz kimi oldu".
Fərdi
4 Oktyabr , 2021 23:25
Azərbaycan akrobatları Avropa çempionatı ilə bağlı təəssüratlarını bölüşüblər

"Yarışa çox ciddi hazırlaşmışdıq. Fikirləşdiyimiz kimi oldu".

Bunu Heydər Əliyev Beynəlxalq aeroportunda Azərbaycan akrobatı Ağasif Rəhimov İtaliyanın Pesaro şəhərindəki Avropa çempionatında Raziyə Seyidli ilə birlikdə böyüklər arasında iki medal qazanması barədə "Report"a danışarkən deyib.

Qarışıq cütlük hərəkətlərində gümüş, temp hərəkətlərində isə bürünc medal qazandıqlarını xatırladan Rəhimov bildirib ki, daha yaxşı nəticə göstərmək istəyiblər: "Qızıl medal qazanmaqdan ötrü əlimizdən gələni etdik. Rəqiblərimizin hamısı güclü idi. Bunu çıxışlardan sonra qazanılan xallar arasındakı fərq də göstərirdi. Hamı yarışlara ciddi hazırlaşdıqlarından, bizim üçün çətin oldu. Bununla belə, nəyə qadir olduğumuzu göstərdik. Gələn yarışlarda daha yaxşı nəticələr göstərməyə çalışacağıq".

Seyidli də rəqiblərin güclü olduqlarını söyləyib: "Hamımız ciddi hazırlaşmışdıq. Bu da özünü nəticələrdə göstərdi. Bizə dəstək olan hər kəsə təşəkkürümüzü bildiririk".

Gənclər yaş qrupunda temp hərəkətlərdə bürünc medal qazanmış qızlardan ibarət komanda üzvlərindən Mənsumə Məmmədzadə Avropa çempionatında mükafatçılar sırasında yer almasından məmnunluq ifadə edib: "Bütün rəqiblərimiz kimi, biz də bu medal üçün çox çalışmışdıq. Daha yaxşı nəticə əldə edə bilərdik, amma belə alındı. Çox xoşbəxtəm və bizə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm".

Onun komanda yoldaşı Nəzrin Fərmanova da əllərindən gələni etdiklərini dilə gətirib: "Bürünc medala görə çox şadıq. Rəqiblərimiz güclü idilər, amma biz əlimizdən gələni etdik".

Son xəbərlər

Orphus sistemi