Ağırlıqqaldırma üzrə milli komandalara baş məşqçi təyinatları olub

Ağırlıqqaldırma üzrə milli komandalara baş məşqçi təyinatları olub Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İcraiyyə Komitəsinin iclası keçirilib.
Fərdi
29 Mart , 2019 11:53
Ağırlıqqaldırma üzrə milli komandalara baş məşqçi təyinatları olub

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İcraiyyə Komitəsinin iclası keçirilib.

Federasiyadan "Report"a verilən məlumata görə, tədbirdə ağırlıqqaldırma üzrə yığma komandaların məşqçiləri də iştirak ediblər.

İclasda qəbul edilən qərarlara əsasən, ağırlıqqaldırma üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi postuna Oktay Muxtarov, qadınlardan ibarət yığma komandanın baş məşqçisi postuna isə Sərdar Həsənov təyin ediliblər.

Son xəbərlər

Orphus sistemi