​Azərbaycan ağırlıqqaldıranları Yay Olimpiya Oyunlarına qazanılan 2 lisenziyadan məhrum edilib

​Azərbaycan ağırlıqqaldıranları Yay Olimpiya Oyunlarına qazanılan 2 lisenziyadan məhrum edilib Nəticədə ölkəmiz "Rio-2016"da cəmi 3 kişi atletlə mübarizə aparacaq
Fərdi
156
23 İyun , 2016 00:50
​Azərbaycan ağırlıqqaldıranları Yay Olimpiya Oyunlarına qazanılan 2 lisenziyadan məhrum edilib

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan ağırlıqqaldıranları 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qazanılan lisenziyadan məhrum edilib.

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası İcraiyyə Komitəsinin Gürcüstanın paytaxtı Tbilisidə keçirilən iclasında qərar qəbul olunub.

Qərara əsasən, olimpiadaya hazırlıq dövründə dopinq-testlərin dəfələrlə müsbət nəticə verməsi səbəbindən, Azərbaycanın əlindən 2 lisenziyası (1 kişi, 1 qadın atlet) geri alınıb. Nəticədə ölkəmiz "Rio-2016"da cəmi 3 kişi atletlə mübarizə aparacaq.

Ötən il ABŞ-ın Hyuston şəhərində keçirilmiş Dünya çempionatında 6 atletimiz dopinq-testdən keçə bilməyib. Onlardan 5-i 8 il, 1-i isə 4 il müddətinə diskvalifikasiya olunub. Eyni zamanda son 2 olimpiadada verilmiş dopinq-testlərin yenidən yoxlanılması nəticəsində İntiqam Zairovla Boyanka Kostovanın orqanizmindən istifadəsi qadağan olunmuş preparatlar aşkarlanıb. Ötənilki Dünya çempionatında Azərbaycan 4 kişi ağırlıqqaldıranı lisenziyaya sahib olmuşdu. Builki Avropa çempionatından sonra isə Boyanka Kostovaya güzəştli şərtlə lisenziyanın veriləcəyi gözlənilirdi.

Son xəbərlər

Orphus sistemi