Noyabrın 15-17-si tarixlərində Türkiyənin paytaxtı Ankarada keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir start götürüb.
Ağır Atletika Federasiyasından “Report”a verilən məlumata görə, 16 ölkədən 72 atlet çıxış etdiyi yarışda Azərbaycan yığmasının üzvləri də çıxış edir.
Körpücük üzərinə ilk olaraq Nazilə İsmayılova çıxıb. O, 49 kq çəki dərəcəsində yarışıb. İdmançımız toplam 127 kq (55+72) nəticə ilə bu çəki dərəcəsində bürünc medala sahib çıxıb.