Yuxarı
    Bağlamaq

    Azad Rəhimov Portuqaliyada səfərdədir

    Nazir Portuqaliyanın gənclər və idman üzrə Dövlət katibi ilə görüşüb

    Bakı. 19 iyul. REPORT.AZ/ Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Portuqaliyada səfərdədir. 

    Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər Portuqaliyanın gənclər və idman üzrə Dövlət katibi Joao Paulo Rebelonun dəvəti əsasında gerçəkləşib. Nazirin dövlət katibi ilə görüşü çərçivəsində son illər Bakıda keçirilmiş I Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası, Formula 1 üzrə Azərbaycan Qran Prisi, IV İslam Həmrəyliyi Oyunları kimi böyük idman tədbirlərinin təşkili sahəsində qazanılan təcrübə ilə bağlı fikir mübadiləsi aparılıb, gənclər və idman sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib və gələcək perspektivlər üçün təkliflərin hazırlanması fikri irəli sürülüb.

    Avropa Ittifaqına üzv ölkə kimi Portuqaliyada gənclər və idman sahələrində görülən işlərlə daha yaxından tanış olmaq məqsədilə A.Rəhimov səfəri çərçivəsində bu ölkədə gənclər və idman sahələrinə məsul rəsmi şəxslərlə görüşlər keçirib, idman arenaları, Milli Gənclər Mərkəzi və bir sıra məkanlara səfərlər edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi