Yuxarı

​Azad Rəhimov: "Levon Aronyana idman naminə güzəşt olunub"

Ermənistan şahmatçısı sentyabrın 10-da Bakıda start götürəcək Dünya Kubokunda mübarizə aparacaq

Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanın işğal altındakı qondarma "Dağlıq Qarabağ Respublikası"na səfər edən Ermənistan şahmatçısı Levon Aronyana münasibətdə Almaniyanın "Borussiya" (Dortmund) komandasının futbolçusu Henrik Mxitaryana olan yanaşma kimi addım atılıb. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, Azərbaycanın icazəsi olmadan işğal altındakı ərazilərə səfər edənlərin ölkəyə girişinə qadağa qoyulur: "Bəzi insanlar bunu bilmədən etdiklərini bildirir, bəziləri də Azərbaycan qanunlarını pozduqları üçün üzr istəyirlər. Amma hərdən xüsusi önəm kəsb edən məsələlərdə hökumətimiz idman naminə güzəştə gedərək qərar qəbul edə bilər. Aronyanın Bakıya buraxılması da buna görədir".

Qeyd edək ki, Levon Aronyan sentyabrın 10-da Bakıda start götürəcək Dünya Kubokunda mübarizə aparacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi