Azad Rəhimov idman könüllülərinin işini qiymətləndirdi

Azad Rəhimov idman könüllülərinin işini qiymətləndirdi Azərbaycan İdman Könüllülərinin 1-ci Forumu keçirilib.
Fərdi
1 Sentyabr , 2020 16:46
Azad Rəhimov idman könüllülərinin işini qiymətləndirdi
Azad Rəhimov

Azərbaycan İdman Könüllülərinin I Forumu keçirilib.

Gənclər və İdman Nazirliyinin (AGİN) Mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, forumun açılış mərasimində nazir Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisinin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, deputatlar - Könül Nurullayeva, Müşviq CəfərovVüqar İskəndərov iştirak ediblər.

Bildirilib ki, ölkə başçısı İlham Əliyevin bu ili “Könüllülər ili” elan etməsi və məhz forumun bu dönəmdə gerçəkləşdirilməsi mühüm, eyni zamanda təqdirəlayiq haldır. A.Rəhimov Azərbayacanda idman könüllülüyünün tarixinin xeyli gənc olduğunu diqqətə çatdırıb: "İlk Avropa Oyunları, "Formula 1" üzrə dünya çempionatlarının Bakı mərhələsi, IV İslam Həmrəyliyi Oyunları, Avropa Gənclərinin Yay Olimpiya Festivalı, eyni zamanda ölkəmizdə müxtəlif idman növləri üzrə keçirilən dünya və Avropa çempionatları, beynəlxalq turnirlərin aparıcı qüvvələrindən biri daim könüllülər olub. Könüllülərin bilik və bacarıqlarının artırılması məqsədilə ölkəmizə bu sahədə çox böyük təcrübə və bacarıqlara malik beynəlxalq mütəxəssislər cəlb edilib. Bu gün kifayət qədər böyük könüllülük təcrübəsinə malik vətənpərvər, istedadlı və yardımsevər gənclərimiz var”.

Çıxışçılar qeyd ediblər ki, qısa zaman ərzində fəaliyyət göstərən “Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin həyata keçirdiyi layihələr ölkədə vahid könüllülük bazasının formalaşdırılması və təkmilləşdirilməsinə yönəlib. Təşkilat Nazirliyin idman strukturları ilə əlaqələr yaradıb, bir sıra idman federasiyaları ilə birgə layihələr həyata keçirib, təhsil müəssisələrində təhsil alan gənclərin idman könüllüsü kimi cəlb olunması ilə bağlı ciddi addımlar atıblar.

Sağlam gəncliyin yetişməsində, Azərbaycanın dünyada daha geniş tanıtımında, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin böyük rolunun olduğu diqqətə çatdırılıb. Bildirilib ki, könüllülərin çox böyük faizinin gənclər olduğunu nəzər alsaq, onların üzərinə daha böyük məsuliyyət düşür.

Könüllülüyün vahid mərkəzdən idarə olunması, təcrübə keçdikcə onlara müəyyən dərəcələrin verilməsi və digər təkliflər çıxışçılar tərəfindən forum çərçivəsində səsləndirilib.

Son xəbərlər

Orphus sistemi