Bu gün
"Report" xəbər verir ki, əvvəlcə idmançıların zəfər anlarından videoçarx nümayiş olunub. Ardınca MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə mükafatçıları təbrik edib: "Azərbaycan növbəti dəfə öz qonaqpərvərliyi və təşkilatçılıq bacarığı ilə bütün Avropanı heyran etdi. Bu gün ölkə idmanının yeni qələbəsini qeyd edirik. Prezident
Gənclər və idman naziri
Təhsil naziri
Daha sonra medalçılar mükafatlandırılıb. Mükafatları Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, MOK-un vitse-prezidenti Xəzər İsayev, qurumun baş katibi Ağacan Abiyev, onun müavini Azər Əliyev, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı, eləcə də A.Rəhimov, C.Bayramov, Ç.Hüseynzadə və digər tanınmış şəxslər təqdim ediblər.
Bəzi idmançılar başqa yarışlarda olduqları üçün mükafatlandırmaya qatılmayıblar. Tədbirdə incəsənət xadimləri də çıxış ediblər.
"Zəfər günləri" layihəsi Bakı-2015 I Avropa Oyunları və Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da həyata keçirilib.
Qeyd edək ki, EYOF-un qalibi ümumilikdə 66 medal - 28 qızıl, 17 gümüş və 21 bürünc qazanan Rusiya yığması olub. Böyük Britaniya komandası 11 qızıl, 12 gümüş və 2 bürünc medalla 2-ci yeri tutub. Aktivində 11 qızıl, 6 gümüş və 10 bürünc medal olan Türkiyə yığması 3-cü pillədə qərarlaşıb. Hesabında 10 qızıl, 7 gümüş və 6 bürünc olan Azərbaycan millisi isə festivalı 4-cü sırada başa vurub.
Azərbaycan millisinə ən çox medalı güləşçilər qazandırıb. Ümumilikdə 23 medaldan 16-sı pəhləvanların payına düşüb. Fərid Sadıqlı, Qurbanov Qurban, Elmir Əliyev, Həsrət Cəfərov, Xasay Həsənli (hamısı yunan-Roma güləşi), Murad Haqverdiyev, Kənan Heybətov, Cəbrayıl Hacıyev (hamısı sərbəst güləş), Hüseyn Məmmədov və Turan Bayramov (hər ikisi cüdo) qızıl medal götürüb.
Gültəkin Şirinova, Elnurə Məmmmədova, Mərziyə Sadıqova (hamısı qadın güləşi), Əbülfəz Nəsirov, Sabir Cəfərov (hər ikisi sərbəst güləş), Səməd Məmmədli (idman gimnastikası) və Vüqar Talıbov (cüdo) gümüş medala layiq görülüb.
Şükran Zamanlı, Məhərrəm İmamverdiyeva, Gülşən Bəşirova (hamısı cüdo), Mircavad Nəbiyev (sərbsət güləş), Nihat Məmmədli (yunan-Roma) və Nigar Mirzəzadə (qadın güləşi) isə bürünc medal qazanıb.