Azad Rəhimov: "Azərbaycanın dünya çempionatına ev sahibliyi etməsi bizi qürurlandırır"

Azad Rəhimov: "Azərbaycanın dünya çempionatına ev sahibliyi etməsi bizi qürurlandırır" Azərbaycanın 14 ildən sonra bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi etməsi bizi qürurlandırır.
Fərdi
4 Sentyabr , 2019 16:45
Azad Rəhimov: Azərbaycanın dünya çempionatına ev sahibliyi etməsi bizi qürurlandırır

"Azərbaycanın 14 ildən sonra bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi etməsi bizi qürurlandırır".

Bunu "Report"un Türkiyə bürosuna açıqlamasında Gənclər və İdman naziri Azad Rəhimov deyib. 

O bildirib ki, sayca 37-ci dəfə keçiriləcək mundial həm də 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması ilə əlamətdar olacaq: "Bu yarış, sadəcə, bədii gimnastların birincilik uğrunda mübarizəsi deyil. Eyni zamanda 2020-ci il Yaponiyanın paytaxtı Tokioda təşkil ediləcək XXXII Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması baxımından da böyük əhəmliyyət kəsb edir. Bu nüfuzlu yarışda 62 ölkə iştirak edəcək və 7 gün boyunca gimnaslar həm fərdi, həm də qrup hərəkətləri komandaları ilə mübarizə aparacaqlar. Ən əhəmiyyətli məqam odur ki, çox yüksək səviyyədə təşkil olunmuş dünya çempionatı olacağını düşünürük. Təbii ki, bütün gimnastlara uğurlar diləyirik". 

Qeyd edək ki, dünya çempionatı 16 - 22 sentyabrda Milli Gimnastika Arenasında keçiriləcək. 

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi