Azad Rəhimov: "Azərbaycanda federasiya prezidentləri sifarişlə seçilmir"

Azad Rəhimov: "Azərbaycanda federasiya prezidentləri sifarişlə seçilmir" "Hansısa növdə işlər qaneedici olmasa, orada dəyişikliklər baş verir"
Fərdi
8 Dekabr , 2016 14:09
Azad Rəhimov: Azərbaycanda federasiya prezidentləri sifarişlə seçilmir

Bakı. 8 dekabr. REPORT.AZ/ "Azərbaycanda federasiya prezidentləri sifarişlə deyil, özlərinin müraciətləri əsasında seçilirlər".

"Report"un məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

O bildirib ki, Gənclər və İdman Nazirliyi heç bir federasiyanın işinə qarışmır: "Sadəcə, hər hansı federasiyada prezident öz ərizəsi ilə işdən çıxarsa, dövlət qurumu olaraq, həmin fererasiyaya rəhbərlik etməsi üçün kiməsə müraciət edə bilərik. Dövlət qurumlarının bu sahədə köməyi bizə çox vacibdir. Bu istiqamətdə işlər aparılır. Hansısa növdə işlər qaneedici olmasa, orada dəyişikliklər baş verir".

Nazir indiyədək postunu tərk etmiş federasiya prezidentlərinin öz ərizələri ilə vəzifələrindən azad olunduqlarını da vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi