Ayan Şabanova: Əziyyətli, gərgin məşqlər keçirdik

Ayan Şabanova: Əziyyətli, gərgin məşqlər keçirdik “Əziyyətli, gərgin məşqlər keçirdik. Heç nəyə baxmayaraq ikinci pilləyə qalxdıq”.
Fərdi
9 Aprel , 2024 07:37
Ayan Şabanova: Əziyyətli, gərgin məşqlər keçirdik

“Əziyyətli, gərgin məşqlər keçirdik. Heç nəyə baxmayaraq ikinci pilləyə qalxdıq”.

“Report” xəbər verir ki, bu sözləri Portuqaliyanın Qimarayeş şəhərində keçirilən Avropa çempionatında sinxron proqramda gümüş medal qazanan Azərbaycan gimnastı Ayan Şabanova jurnalistlərə açıqlamasında deyib.

Digər gimnast Samirə Hüseynova isə deyib ki, qalibiyyət uğrunda çox yaxşı mübarizə gedirdi: “Ciddi rəqiblərimiz var idi. Gürcüstanlı, Almaniyadan olan ciddi gimnastlar çıxış edirdi. Heç nəyə baxmayaraq biz öz işimizi görüb medallarımızı qazandıq”.

Qeyd edək ki, Ayan Şabanova və Samirə Hüseynova (batut gimnastikası) sinxron proqramda gümüş medal qazanıblar. Bu, Azərbaycanın batut gimnastikası tarixində qadınlar arasında gənclərin sinxron proqramında qazanılan ilk gümüş mükafatdır.

Son xəbərlər

Orphus sistemi