Avtomobil yarışında zəncirvari qəza baş verdi

Avtomobil yarışında zəncirvari qəza baş verdi Hadisə zamanı 7 avtomobil bir-birinə dəyib, bolidlərdən biri aşıb
Fərdi
3 May , 2021 17:19
Avtomobil yarışında zəncirvari qəza baş verdi

ABŞ-ın Texas ştatının Fort-Uert şəhərində "IndyCar" seriyalı avtomobil yarışının ikinci mərhələsində zəncirvari qəza baş verib.

"Report"un məlumatına görə, hadisə zamanı 7 bolid bir-birinə dəyib, onlardan biri aşıb.

Xoşbəxtlikdən qəzada xəsarət alan olmayıb.

Qeyd edək ki, Texasdakı ilk mərhələnin qalibi altıqat çempion Skott Dikson olub. Keçmiş "Formula 1" pilotu Romen Qrojan oval yollardakı yarışı riskli hesab etdiyi üçün bu mərhələdə iştirak etməyib.

Son xəbərlər

Orphus sistemi