Avstraliyalı paralimpiyaçı Olimpiada ərəfəsində qarət edilib

Avstraliyalı paralimpiyaçı Olimpiada ərəfəsində qarət edilib 47 yaşlı idmançı silahlı şəxsin hücumuna məruz qalıb
Fərdi
21 İyun , 2016 13:59
Avstraliyalı paralimpiyaçı Olimpiada ərəfəsində qarət edilib

Bakı. 21 iyun. REPORT.AZ/ 6 dəfə Paralimpiya Oyunlarının iştirakçısı olmuş avstraliyalı qadın idmançı Lizl Teş və Avstraliya milli komandasının həkim-fizioterapevti Sara Ross Rio de Janeyroda soyğuna məruz qalıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, onlar Rioya Olimpiada qabağı məşq üçün gəlibmiş.

47 yaşlı idmançının sözlərinə görə, silahlı şəxs ona hücum edib. Teş üzərində pul olmadığını bildirdikdən sonra qarətçi onu velosipeddən itələyib yerə yıxaraq velosipedi özü ilə aparıb. Soyğunçu Rossun da velosipedini əlindən alıb.

Teşin sözlərinə görə, oğurluq hadisəsinin bir neçə nəfər görsə də, onlardan heç biri yardıma gəlməyib.

Avstraliya Olimpiya Komitəsi Rio de Janeyro şəhər hakimiyyətini küçə cinayətkarlığına qarşı mübarizəni daha da gücləndirməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi