Avropa Qran Prisinin sıralama yürüşündə iki qəza baş verib

Avropa Qran Prisinin sıralama yürüşündə iki qəza baş verib "Force İndia" pilotu cəzalanıb
Fərdi
18 İyun , 2016 18:42
Avropa Qran Prisinin sıralama yürüşündə iki qəza baş verib

Bakı. 18 iyun. REPORT.AZ/ Bakıda keçirilən Formula 1 üzrə Avropa Qran Prisinin sıralama yürüşü zamanı "Force İndia"nın pilotu Serxio Peres bolidin ötürmə qutusu dəyişdirilməsi zamanı vaxt itkisinə yol verib. "Report"un məlumatına görə, bu səbəbdən pilot beş pillə geriləyib.

Sonuncu - üçüncü yürüşün son saniyələrində Peres bolidini 15-ci döngədə yol kənarındakı təhlükəsizlik divarına vurub. Zərbənin gücündən bolidin ötürmə qutusu zədələnib. O, yarışı ikinci pillədə başa vurub. Lakin hazırkı ötürmə qutusu 6-dan az Qran Pridə çalışdığından, qaydalara əsasən, meksikalı pilot həlledici yürüşün startında mövqeyini əldən verib. 

Bundan başqa "Mercedes" komandasının üzvü Lüis Hamilton da qəza ilə üzləşib. Sona 2 dəqiqə qalmış onun bolidi hasara dəyib. Nəticədə maşının asqısı qırılıb və təsnifat yarışı dayanıb. Dünya çempionu isə sonda 10-cu yerlə kifayətlənib.

Son xəbərlər

Orphus sistemi