Yuxarı

​Avropa Qran-prisinin sərbəst yürüşündə qəza baş verib - VİDEO

Bolidin təkəri sıradan çıxıb

Bakı. 18 iyun. REPORT.AZ/ Hazırda davam edən Formula 1 üzrə Avropa Qran-prisinin sərbəst yürüşündə qəza baş verib. "Report"un məlumatına görə, "Force İndia" komandasının pilotu Serxio Perez xoşagəlməz hadisə ilə üzləşib.

Hadisə 14-cü döngədə baş verib. Dönmə əməliyyatı yerinə yetirərkən S.Perez yol kənarındakı baryerə çırpılıb və bolidin təkəri sıradan çıxıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi