Avropa Oyunları: Azərbaycanın 3 karateçisi mübarizəni dayandırıb, biri medalı təmin edib

Avropa Oyunları: Azərbaycanın 3 karateçisi mübarizəni dayandırıb, biri medalı təmin edib Əminağa Quliyev (60 kq) və Tural Ağalarzadə (67 kq) də çıxış edir
Fərdi
22 iyun 2023 11:49
Avropa Oyunları: Azərbaycanın 3 karateçisi mübarizəni dayandırıb, biri medalı təmin edib

Azərbaycanın daha bir karateçisi Polşada keçirilən III Avropa Oyunlarında mübarizəni dayandırıb.

"Report"un Krakova ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 60 kq-da yer alan Əminağa Quliyev A qrupundakı sonuncu görüşündə polşalı Arkadiuş Kvasnyevskiyə 1:0 hesabı ilə qalib gəlsə də, yarımfinala adlaya bilməyib.

Daha əvvəl qadınlardan Fidan Teymurova (50 kq) və Mədinə Sadıqovanın (55 kq) yarışı medalsız başa vurması dəqiqləşib. Kişi karateçilərdən isə Tural Ağalarzadə (67 kq) yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.

O, finala gedən yolda polşalı Miloş Sabyetskini sınağa çəkəcək. Ağalarzadə həlledici görüşə vəsiqə qazansa, burada Dionisios Ksenos (Yunanıstan) - Stefan Komanesku (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.

15:30

Azərbaycan Polşada keçirilən III Avropa Oyunlarında ilk medalı rəsmiləşdirib.

"Report"un Krakova ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 67 kq-da çıxış edən karateçi Tural Ağalarzadə B qrupundakı ikinci görüşündə də qələbə qazanaraq yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.

O, əvvəlcə macarıstanlı Martial Tadissiyə 4:0, ardınca isə isveçrəli Toni Pisinoya 5:3 hesabı ilə qalib gəlib. Ağalarzadə qrupdakı son görüşünü yunanıstanlı Dionisios Ksenosa qarşı keçirəcək.

14:49

Azərbaycanın iki qadın karateçisi Polşada keçirilən III Avropa Oyunlarında mübarizəni dayandırıb.

"Report"un Polşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən Mədinə Sadıqova B qrupundakı üç qarşılaşmanın ikisində məğlub olub.

İvet Qoranova (Bolqarıstan) və Cennifer Varninqə (Lüksemburq) uduzan idmançı Mariya Kernerə (Polşa) qalib gəlsə də, yarımfinala yüksələ bilməyib.

50 kq-dakı Fidan Teymurova A qrupunda Şara Vinnidin Hubrixi (Almaniya) üstələsə də, Serab Özçelik (Türkiyə) və Erminiya Perfetto (İtaliya) ilə bacarmayıb.

Qeyd edək ki, bu gün kişi karateçilərdən Əminağa Quliyev (60 kq) və Tural Ağalarzadə (67 kq) də çıxış edir.

Son xəbərlər

Orphus sistemi