Avropa Oyunları: Azərbaycanın bir kikboksçusu yarımfinala çıxıb, digəri uduzub
- 30 iyun, 2023
- 13:22
Azərbaycan kikboksçusu Elşad Şahbazov Polşada keçirilən III Avropa Oyunlarında mübarizəni dayandırıb.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 80 kq-da çıxış edən idmançı 1/4 finalda ukraynalı Artyom Melnikə 0:3 hesabı ilə uduzub.
Qeyd edək ki, bu gün mübarizəyə qoşulan digər kikboksçu Fərid Ağamoğlanov (63,5 kq) isə Avropa Oyunlarına qələbə ilə başlayıb. O, iyulun 1-də norveçli Milton Ameriko Barrios Qalaretta ilə yarımfinal görüşünə çıxacaq.
13:08
Azərbaycan kikboksçusu Fərid Ağamoğlanov Polşada təşkil olunan III Avropa Oyunlarında ilk döyüşünü keçirib.
"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 63.5 kq-da "full-contact" növündə mübarizə aparan idmançı 1/4 finalda slovakiyalı Filip Barakla qarşılaşıb.
Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.
Qeyd edək ki, bu gün Azərbaycanın digər kikboksçusu Elşad Şahbazov (80 kq) da rinqə çıxacaq.