Avropa Olimpiya Komitəsində prezident seçkiləri olacaq

Avropa Olimpiya Komitəsində prezident seçkiləri olacaq EOC prezidenti vəzifəsinə namizədlər qurumun hazırkı rəhbəri və Danimarka İdman Konfederasiyasının rəhbəri Nils Niqaard və Yunanıstan Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Spiros Kapralosdur
Fərdi
9 İyun , 2021 11:25
Avropa Olimpiya Komitəsində prezident seçkiləri olacaq

Avropa Olimpiya Komitəsinin (EOC) 50-ci Baş Assambleyası sabah Yunanıstanın paytaxtı Afinada start götürəcək.

"Report"un məlumatına görə, iki günlük iclasın əsas məqami 2021 - 2025-ci illər EOC İcraiyyə Komitəsinə, həmçinin qurumun 9-cu prezidenti vəzifəsinə seçkilər olacaq.

EOC prezidenti vəzifəsinə namizədlər qurumun hazırkı rəhbəri və Danimarka İdman Konfederasiyasının rəhbəri Nils Niqaard və Yunanıstan Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Spiros Kapralosdur.

EOC sədrinin müavini, baş katibi, xəzinədarı və üzvləri üçün də seçkilər Baş Assambleyanın ilk günündə keçiriləcək. Günün ikinci yarısında isə EOC Etik Komissiyasına (2021 - 2025) seçkilər baş tutacaq.

Baş Assambleya ərzində qurumun 50-ci ildönümü, 50 Avropa Milli Olimpiya Komitəsi, Beynəlxalq Federasiyalar və Avropa federasiyalarının son 50 illik idman hadisələrindən bəhs ediləcək.

Son xəbərlər

Orphus sistemi