Yuxarı

Avropa Millətlər Kubokunda çıxış edəcək Azərbaycanın güləş yığmasının heyəti açıqlanıb

Sərbəst, yunan-Roma və qadın güləşçilərimiz Rusiyanın paytaxtı Moskvaya yollanacaqlar

Bakı. 3 noyabr. REPORT.AZ/ Noyabrın 7-də Rusiyanın paytaxtı Moskvada start götürəcək güləş üzrə Avropa Millətlər Kuboku üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Report"un Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, 3 gün davam edəcək yarışda ölkəni 30 pəhləvan təmsil edəcək. 

Onlar yeni baş məşqçilərin rəhbərliyi altında çıxış edəcəklər. İlk olaraq mübarizə qadın güləşçilər arasında baş tutacaq. Bu yarışda Azərbaycan yığması baş məşqçi Semyon Çterev, böyük məşqçi Konstantin Konorevin rəhbərliyi altında mübarizə aparacaq. Heyətə Ayan Məmmədova (48 kq), Patimat Baqomedova (53 kq), Solmaz Həşimzadə, Alyona Kolesnik (hər ikisi 55 kq), İrina Netreba (58 kq), Nataliya Şinişin (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Sementsova (69 kq), Səbirə Əliyeva və Gözəl Zutova (75 kq) cəlb olunub. 

Sərbəst güləş yığması Moskvada baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında çıxış edəcək. Yığmanın heyətində Mahmud Məhəmmədov, Mircəlal Həsənzadə (hər ikisi 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Ruslan Dibirhacıyev (70 kq), Cəbrayıl Həsənov (74 kq), Nurməhəmməd Hacıyev, Aleksandr Qostiyev (hər ikisi 86 kq), Aslanbek Alborov (97 kq) və Aslan Dzebişov (125 kq) yer alıb.

Baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Akif Əliyevin rəhbərliyi altında mübarizə aparacaq yunan-Roma güləşi yığmasının heyətinə 10 güləşçi - Rövşən Bayramov, Elman Muxtarov (hər ikisi 59 kq), Kamran Məmmədov (66 kq), Azad Əliyev (71 kq), Rüstəm Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), Rafiq Hüseynov, Şəhriyar Məmmədov (hər ikisi 85 kq), Araz Həsənov (98 kq) və Sabah Şəriəti (130 kq) daxil edilib. 

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Qərib Əliyev iştirak edəcək.

Qeyd edək ki, 3 gün davam edəcək komanda yarışı xarakterli turnirdə Rusiya, Türkiyə, Ukrayna, Belarus, Macarıstan, Bolqarıstan, İsveç yığmaları da iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi